Miodraq Bojoviç: “Qələbəyə layiq deyildik”

Xəbərlər
13 Fevral 2024 22:29
298
Miodraq Bojoviç: “Qələbəyə layiq deyildik”

“Məncə, bu gün oyunumuz alınmadı”.

İdman.biz xəbər verir ki, bunu “Neftçi”nin baş məşqçisi Miodraq Bojoviç deyib.

Monteneqrolu mütəxəssis Azərbaycan Premyer Liqasının XXII turunda “Araz-Naxçıvan”a məğlubiyyəti şərh edib. Bojoviç qələbəyə layiq olmadıqlarını bildirib: “Rəqib qapısı qarşısında təhlükəli epizodlar yarada bilmədik. Oyun ərzində yüz faizlik qol şansımız olmadı. Düzdür, uzaqdan zərbələr var idi, amma xüsusi bir şey görmədim. Bu oyunda qələbəyə layiq deyildik”.

Qeyd edək ki, “Neftçi” səfərdə “Araz-Naxçıvan”a 0:1 hesabı ilə uduzub.

İdman.biz