“Qarabağ”ın sabiq futbolçusu: “Qalatasaray”a da qalib gələ bilərik” - VİDEO

Müsahibə
16 Fevral 2024 17:46
1 158
“Qarabağ”ın sabiq futbolçusu: “Qalatasaray”a da qalib gələ bilərik” - VİDEO

“Futbolda hər bir nəticə mövcuddur. Bu mərhələdən sonra daha çətin olacaq. Şanslar 50-nin 50-yə olacaq”.

Bunu "İdman Bizdə" verilişinin qonağı olan “Qarabağ” və Azərbaycan millisinin sabiq futbolçusu Aslan Kərimov deyib.

51 yaşlı mütəxəssis Avropa Liqasında “Qarabağ”ın ilk matçda 4:2 hesablı qələbəsindən sonra “Braqa” səddini adlayacağını düşünür. Kərimov Azərbaycan çempionu ilə yanaşı, “Qalatasaray”ın da uğurla irəliləməsi və bir-birinə rəqib olmasını arzulayır: “Portuqaliyanın bir təmsilçisini gördük. Bundan sonra “Roma” və “Qalatasaray” var. Türklərin, qardaşlarımızın rəqib olması maraqlı olardı. Zənnimcə, biz onlara da qalib gələ bilərik. “Qarabağ” belə oyunu ilə bunu bacarar. Bu cür oyunu izləmək çox zövqlü olar”.

Qeyd edək ki, “Qarabağ” “Braqa”nı mübarizədən kənarlaşdırarsa, “Qalatasaray”la qarşılaşmaq şansı yoxdur. Bu cütün qalibi 8 mümkün rəqibdən biri ilə üz-üzə gələcək. Bunlar “Vest Hem”, “Brayton”, “Atalanta”, “Reyncers”, “Liverpul”, “Vilyarreal”, “Slaviya” və “Bayer”dir. Azərbaycan və Türkiyə klubları pley-offdan sonra daha 1 mərhələ adlayacaqları halda, qarşılaşmaq ehtimalı var.

Emin Ağa
İdman.biz