Zubir Avropa Liqasında həftənin ən yaxşısı seçilib

Xəbərlər
16 Fevral 2024 18:40
1 034
Zubir Avropa Liqasında həftənin ən yaxşısı seçilib

UEFA Avropa Liqasının pley-off mərhələsinin ilk oyunlarının ən yaxşı futbolçusu bəlli olub.

İdman.biz xəbər verir ki, bu nominasiyada "Qarabağ"ın futbolçusu Abdullah Zubir bütün rəqiblərini qabaqlayıb.

O, səsvermədə "Qalatasaray"dan Mauro İkardi, "Milan"dan Ruben Loftus-Çek və "Benfika"dan Anhel Di Marianı geridə qoyub.

Səfərdə "Braqa"nın qonağı olan Azərbaycan çempionu 4:2 hesabı ilə qalib gəlib. Zubir iki qol vuraraq, oyunun qəhrəmanı olub. Bir ötürmə ilə yadda qalan Abdullah 84 faiz dəqiq ötürmə ilə fərqlənib.

Qeyd edək ki, "Qarabağ"la "Braqa" arasında cavab matçı fevralın 22-də Bakıda baş tutacaq.

İdman.biz

Məqalədə: