Azərbaycanlı futbolçu 70-ci Lodz derbisində

Xəbərlər
18 Fevral 2024 13:57
219
Azərbaycanlı futbolçu 70-ci Lodz derbisində

Azərbaycanlı futbolçu Rahil Məmmədov Polşada ilk derbisində iştirak edəcək.

İdman.biz xəbər verir ki, Lodz derbisində onun çıxış etdiyi LKS öz meydanında “Vidzev”lə qarşılaşacaq.

Rahil şəhərin iki əsas təmsilçisi arasında baş tutacaq 70-ci qarşılaşmada oynamaq imkanı qazanıb. Bunadək iki komandanın iştirakı ilə keçirilən matçlarda LKS 13, “Vidzev” 29 qələbə qazanıb. 27 qarşılaşmada qalib müəyyən olunmayıb. Top fərqi 70:97-yə bərabərdir.

Məmmədovun Polşa çempionatında debütü ötən tura təsadüf edib. Onun komandası səfərdə son dəqiqə qolu ilə “Korona”ya uduzub.

LKS 10 xalla sonuncu, “Vidzev” isə 22 xalla 14-cü pillədə qərarlaşıb. Rahilin komandası Ekstraklasada sonuncu dəfə avqustun 20-də qələbə qazanıb. Onun rəqibi isə son 4 oyunda meydanı xalsız tərk edib.

Qeyd edək ki, Ekstraklasanın 21-ci turuna təsadüf edəcək matç Bakı vaxtilə saat 20:30-da start götürəcək.

İdman.biz

Məqalədə: