Buraxılan 2 qol Şahruddinə bağışlanılmayıb - VİDEO

Xəbərlər
18 Fevral 2024 16:39
1 774
Buraxılan 2 qol Şahruddinə bağışlanılmayıb - VİDEO

Azərbaycan yığmasının qapıçısı Türkiyə Superliqasında 26-cı turunda meydanı vaxtından əvvəl tərk edib.

İdman.biz xəbər verir ki, Şahruddin Məhəmmədəliyev “Alanyaspor”la oyunun fasiləsində əvəzlənib.

“Adana Dəmirspor” birinci hissəni 0:2 hesabı ilə məğlub bitirib. Komandanın baş məşqçisi Hikmət Karaman Şahruddinin oyunundan razı qalmadığı üçün onu meydandan çıxarıb. Fasilədən sonra daha yaxşı təsir bağışlayan Adana klubu son saniyələrdə 1 xal qazanıb – 3:3.

Qeyd edək ki, Şahruddinin komandası 3 oyunluq məğlubiyyət seriyasına son qoysa da, “Adana Dəmirspor” 9 matçdır qələbə qazana bilmir. Hesabında 32 xala olan adanalılar 10-ci pillədə yer alıblar.

İdman.biz