Ayxan Abbasov: “Soyuqqanlı ola bilsəydik…”

Xəbərlər
18 Fevral 2024 18:23
196
Ayxan Abbasov: “Soyuqqanlı ola bilsəydik…”

"Qış fasiləsindən sonra ən yaxşı komandaya qarşı oynayırdıq. "Sumqayıt" ikinci dövrəyə yaxşı start vermişdi”.

İdman.biz xəbər verir ki, bunu “Turan Tovuz”un baş məşqçisi Ayxan Abbasov deyib.

Azərbaycan Premyer Liqasının XXIII turunda “Sumqayıt”la (0:0) heç-heçə oynayan komandanın çalışdırıcısı meydanda taktiki savaş olduğunu bildirib: “ Rəqib "Neftçi"ni məğlub etmişdi. Bu gün qol olmasa da, meydanda hər saniyə mübarizə getdi. Taktiki savaş oldu. Futbolçularım yaxşı çıxış etdilər. Hücumda bir az da soyuqqanlı olsaydıq, daha yaxşı nəticə qazana bilərdik. Yaxşı qol vəziyyətlərimiz bizdə oldu. Bu dəqiqə çempionatın önəmli mərhələsindəyik. Rəqibi uzaqlaşmağa qoymadıq”.

Qeyd edək ki, “Turan Tovuz” 30 xalla turnir cədvəlinin 8-ci pilləsində yer alıb.

İdman.biz