Miodraq Bojoviç niyə hakimin final fitini gözləyib?

Xəbərlər
18 Fevral 2024 21:28
240
Miodraq Bojoviç niyə hakimin final fitini gözləyib?

"Oyun kifayət qədər çətin keçdi. "Zirə" strukturlu və komanda şəkildə oynayır”.

İdman.biz xəbər verir ki, bunu “Neftçi”nin baş məşqçisi Miodraq Bojoviç deyib.

Monteneqrolu mütəxəssis komandasının Azərbaycan Premyer Liqasının XXIII turunda “Zirə” üzərindəki 1:0 hesablı qələbəsinin şərh edib: “Bilirdik ki, onlar az qol buraxan və az qol vuran komandadır. Rza Cəfərov iki epizodda bizi qoldan xilas etdi. "Zirə" qol vura bilərdi. Bu baxımdan bizim bəxtimiz gətirdi. Ondan sonra oyun nisbətən daha bərabər şəkildə keçdi. Bir qol vurduq, ikinci yarıda da epizodlarımız var idi, vursaydıq, oyun daha rahat alınardı. Oyun sona qədər gərgin keçdi və hakimin final fitini gözləyirdik".

Bojoviç komandanın istənilən səviyyəyə yüksəlmədiyini deyib. O, bərpa üçün vaxt azlığından şikayətlənib: “Araz-Naxçıvan"a məğlubiyyətdən sonra komandada ab-havanın, əhval-ruhiyyənin və özgüvənin artması baxımından üç xal daha önəmli idi. 28 gün ərzində 7 oyun keçirmişik. Hər dörd gündən bir oynayırıq. Biz bura gələndə, zədəlilərin sayı kifayət qədər idi. Alfa Konte və Brayan Moreno çempionatın başlamasına iki gün qalmış komandaya qoşuldular. Qara Qarayev və Filip Ozobiç oktyabr-noyabrdan oynamırdılar. Eyni zamanda da, komandadakı yaş faktoru öz sözünü deyir. Bu baxımdan, bərpa üçün daha çox vaxt lazımdır. Sabit dövr olmalı idi”.

Qeyd edək ki, “Neftçi” “Zirə”yə 1:0 hesabı ilə qalib gəlib.

İdman.biz