Azərbaycanlı futbolçu Cəlal Hüseynov Bolqarıstan çempionatının 2-ci dövrəsinə məğlubiyyətlə start verib.
İdman.biz xəbər verir ki, onun çıxış etdiyi “Arda” doğma azarkeşlər qarşısında “Lokomotiv”ə uduzub.
Cəlal 1:2 hesabı ilə başa çatan qarşılaşmada 90 dəqiqə meydanda olub. İlk qolu onun komandası vursa da, qonaqlar əzimkarlıq göstərərək qələbə qazanıblar.
Qeyd edək ki, 21 turdan sonra 31 xal toplayan “Arda” 7-ci pillədə qərarlaşıb.
İdman.biz