Musadan İsveç kubokuna uğurlu start

Xəbərlər
20 Fevral 2024 00:37
300
Musadan İsveç kubokuna uğurlu start

Azərbaycanlı futbolçu Musa Qurbanlı İsveç kubokunun qrup mərhələsində ilk oyununu keçirib.

İdman.biz xəbər verir ki, onun çıxış etdiyi “Yurqorden” öz meydanında “Şkovde”yə qalib gəlib.

Oyun Musanın komandasının 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Ehtiyatda qalan Qurbanlı meydana 72-ci dəqiqədə daxil olub.

“Yurqorden” növbəti matçda “Yunayted Nordik”lə səfərdə üz-üzə gələcək. Oyun fevralın 25-də baş tutacaq. Qrupun son görüşündə Qurbanlının komandası martın 3-də “Göteborq”un qonağı olacaq.

Qeyd edək ki, kubokun reqlamentinə görə, qrupda yer alan 4 komanda öz arasında 1 dəfə qarşılaşacaq. Yalnız qrup qalibləri növbəti mərhələyə yüksələcək.

İdman.biz