Abel Ruis: “Hamı “Qarabağ”ın əla komanda olduğunu gördü”

Xəbərlər
23 Fevral 2024 01:18
667
Abel Ruis: “Hamı “Qarabağ”ın əla komanda olduğunu gördü”

“İlk və ikinci oyunu izləyənlər “Qarabağ”ın əla komanda olduğunu gördülər”.

İdman.biz xəbər verir ki, bunu “Braqa”nın hücumçusu Abel Ruis deyib.

Avropa Liqasının pley-offunun cavab matçında qələbə qazansa da, mərhələ adlaya bilməyən komandanın forvardı Azərbaycan çempionu haqqında yüksək fikirlər səsləndirib: “Çox çətin gecədir. Bu gün daha yaxşı oynadığımızı düşünürəm, xüsusilə ikinci hissədə. Rəqib azlıqda qaldıqdan sonra iki qol vura bildik. “Qarabağ” yaxşı oynadı və bizim üçün çox çətinlik yaratdı. Cavab matçında rəqibdən üstün olsaq da, cütün taleyini bəzi nüanslar həll etdi”.

Qeyd edək ki, səfərdə 4:2 hesabı ilə qalib gələn “Qarabağ” Bakıda 2:3 hesabı ilə uduzub.

İdman.biz