Alvaro Calo: “Qırmızı vərəqə bizə kömək etdi”

Xəbərlər
23 Fevral 2024 01:34
566
Alvaro Calo: “Qırmızı vərəqə bizə kömək etdi”

“Çox təəssüf ki, son dəqiqədə buraxılan qolla mübarizəni dayandırdıq”.

İdman.biz xəbər verir ki, bunu “Braqa” yarımmüdafiəçisi Alvaro Calo deyib.

Avropa Liqasının pley-offunun cavab matçında “Qarabağ”ın qapısına vurulan qollardan birinin müəllifi olan Calo qırmızı vərəqədən üstünlük qazandıqlarını etiraf edib: “Rəqib qırmızı aldıqdan sonra çətin vəzifənin öhdəsindən gəldik. Bu amil bizə kömək etdi. Amma son dəqiqədə sürətli hücum edib, qol vurdular. Öz qolumla komandaya fayda verdiyim üçün şad olsam da, məğlubiyyətə görə üzgünəm”.

Qeyd edək ki, iki oyunun nəticəsinə görə, 6:5 hesabı ilə qalib gələn “Qarabağ” 1/8 finala yüksəlib.

İdman.biz