Elmar Baxşıyev: “Futbolçunun başını yarmalıdırlar ki, penalti versinlər?”

Xəbərlər
23 Fevral 2024 20:52
238
Elmar Baxşıyev: “Futbolçunun başını yarmalıdırlar ki, penalti versinlər?”

"Oyuna yaxşı hazırlaşmışdıq. Komanda istəkli idi. Qalib gəlmək istəyirdik, təəssüf, alınmadı".

İdman.biz xəbər verir ki, bunu “Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev deyib.

Azərbaycan Premyer Liqasının XXIV “Kəpəz”ə 1:2 hesabı ilə uduzan komandanın çalışdırıcısı penalti epizodu ilə bağlı danışıb: “Hər şey biz istədiyimiz kimi deyil. Oyunun qırılma nöqtəsi başqa detaldır. Verilməyən penaltilər var. Futbolçunun başını yarmalıdırlar ki, penalti versinlər? Bizə qarşı fərqli qərar verirlər. Azarkeşləri də başa düşürük. Onlar komandanı yaxşı görmək istəyirlər. Düşünürlər ki, baş məşqçi getsə, hər şey düzələcək. Mən yapışıb qalmamışam, mənə inana insan var. O nə vaxt yolları ayıracaqlarsa, mən də gedəcəyəm”.

Elmar Baxşıyev komandanın problem barədə danışıb: “Heyət o qədər də aciz deyil. Amma 24 tur ərzində 9 dəfə azlıqda qalmışıq. Problem özümüzdədir. Komanda dişini göstərməlidir. Məşqdə fərqli istək görürük, amma oyunda bunu görə bilmədik. Bu oyun bütün komandaya bir siqnal olmalıdır. Bəli, artıq çox şeyi itirmişik. Amma fikirləşsək ki hər şey bitib, onda mübarizə dayanacaq. Komandama inanıram”.

Qeyd edək ki, əsas rəqibi “Kəpəz”ə uduzan “Qəbələ” turnir cədvəlində 8 xal geriyə düşüb.

İdman.biz