Azərbaycanın yığmasının üzvü Renat Dadaşov Türkiyə Superliqasında uduzub.
İdman.biz xəbər verir ki, onun çıxış etdiyi “Hatayspor” 27-ci turda “Konyaspor”a məğlub olub.
Dadaşov matça ehtiyat oyunçular skamyasında başlayıb. Renat görüşün 71-ci dəqiqəsində, hesab 0:2 olarkən meydana daxil olub. Son 3 oyunda qələbə qazana bilməyən “Hatayspor” 29 xalla 14-cü pillədə qərarlaşıb.
Qeyd edək ki, Renatın komandası 28-ci turda öz meydanında “Fənərbaxça” ilə qarşılaşacaq.
İdman.biz