Azərbaycanlı futbolçu böyük hesabla uduzub

Xəbərlər
25 Fevral 2024 00:26
672
Azərbaycanlı futbolçu böyük hesabla uduzub

Azərbaycanlı futbolçu Cəlal Hüseynovun çıxış etdiyi “Arda” ardıcıl 3-cü oyunda uduzub.

İdman.biz xəbər verir ki, Kardcali klubu 22-ci turda “Levski”yə məğlub olub.

Hüseynovun komandası səfərdə qapısından 4 cavabsız top buraxıb. Start heyətində meydana çıxan Cəlal 90 dəqiqə mübarizə aparıb. O, 48-ci dəqiqədə sarı vərəqə ilə cəzalanıb.

Qeyd edək ki, “Arda” 22 turdan sonra 31 xalla 8-ci pilləyə geriləyib.

İdman.biz

Məqalədə: