Ramil Şeydayevin çıxış etdiyi “Kocaelispor”un qələbəsiz oyunlar seriyası 3-ə yüksəlib.
İdman.biz xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu “Keçiörəngücü” ilə matça ehtiyat oyunçular skamyasında başlayıb.
Türkiyə 1-ci Liqasının 24-cü turunda İzmir klubu heç-heçə oynayıb. 2:2 hesabı ilə başa çatan qarşılaşmada Ramil komandası məğlubiyyətdən əsas vaxta əlavə olunmuş dəqiqələrdə qaça bilib. Şeydayev meydana 63-cü dəqiqədə daxil olub və fərqlənməyib.
Qeyd edək ki, son 3 oyunda cəmi 2xal toplayan “Kocaelispor” 3-cü pillədə qərarlaşıb. Komandanı 2-ci yerdən 5 xal ayırır.
İdman.biz