Rahil Məmmədov 4-cü oyunda uduzub

Xəbərlər
29 Fevral 2024 01:08
458
Rahil Məmmədov 4-cü oyunda uduzub

Azərbaycanlı futbolçu Rahil Məmmədov Polşa çempionatında növbəti məğlubiyyəti yaşayıb.

İdman.biz xəbər verir ki, onun çıxış etdiyi LKS 17-ci turdan təxirə salınmış oyunda “Stal”la bacarmayıb.

Məmmədovun komandası səfərdə 0:1 hesabı ilə uduzub. Oyunda vurulan yeganə qol 27-ci dəqiqəyə təsadüf edib.

Rahil görüşün 70-ci dəqiqəsində sarı vərəqə ilə cəzalanıb. Lodz klubu ardıcıl 4-cü oyunda meydanı məğlub tərk edib.

Qeyd edək ki, LKS 10 xalla Ekstraklasada turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb. Rahilin komandası növbəti turda öz meydanında “Puşça” ilə üz-üzə gələcək.

İdman.biz

Məqalədə: