"Neftçi" rusiyalı yarımmüdafiəçi Reziuan Mirzovun transferini açıqlayıb.
İdman.biz xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Futbolçu yeni komandası ilə 1 illik müqavilə imzalayıb. Yarımmüdafiəçi "Neftçi"də 22 nömrə altında çıxış edəcək.
Mirzov 2020-ci ildən "Ximki"nin rənglərini qoruyub, klubun heyətində 67 oyun keçirib, 14 qol vurub və 7 məhsuldar ötürmə verib. Yarımmüdafiəçi ötən mövsüm 27 oyuna çıxıb, 4 qol vurub və 4 məhsuldar ötürmə edib. Futbolçunun Moskva vilayətinin komandası ilə müqaviləsi bu il iyunun sonunda başa çatıb. Tərəflər əməkdaşlığı uzatmamaq qərarına gəliblər. Transfermarkt internet portalının məlumatına görə, 30 yaşlı yarımmüdafiəçinin təxmini dəyəri 1 milyon avrodur.
Qeyd edək ki, bir müddət əvvəl Türkiyənin "Gənclərbirliyi"ndən M.Mirzova maraq göstərildiyi barədə məlumat yayılıb.
İdman.biz