Azərbaycan yığmasının futbolçusu Coşqun Diniyev Türkiyə 1-ci Liqasında qələbə qazanıb.
İdman.biz xəbər verir ki, “Ümraniyəspor” 25-ci turda “Altay”ı məğlub edib.
Coşqunun komandası 2:0 hesabı ilə qalib gəlib. Diniyev qarşılaşmaya ehtiyat oyunçular skamyasında başlayıb. O, meydana 72-ci dəqiqədə daxil olub.
Qeyd edək ki, hesabında 30 xal olan “Ümraniyəspor” 12-ci pillədə qərarlaşıb.
İdman.biz