Azərbaycan yığmasının futbolçusu Renat Dadaşov Türkiyə Superliqasında məğlub olub.
İdman.biz xəbər verir ki, onun komandası öz meydanında “Fənərbaxça”ya uduzub.
Oyun qonaqların 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Ehtiyatda qalan Dadaşov meydana 79-cu dəqiqədə daxil olub. Son 4 oyunda qələbə qazana bilməyən “Hatayspor” bir heç-heçəyə sevinib.
Qeyd edək ki, Renatın komandası 29 xalla 16-cı pillədə qərarlaşıb.
İdman.biz