"Əhvalım yaxşı deyil. Oyuna çox gözəl başladıq. Qırmızı vərəqə planlarımızı korladı”.
İdman.biz xəbər verir ki, bunu “Qəbələ”nin baş məşqçisi Kaxaber Tsaxadadze deyib.
Gürcü mütəxəssis Azərbaycan Premyer Liqasının XXV turunda 2:0 hesablı üstünlüyü qoruya bilmədiklərini şərh edib: “Rəqib standart vəziyyətlərdən istifadə etdi. Bundan başqa qol imkanları yox idi. "Qarabağ"la oyunun ilk hissəsində çox yaxşı çıxış etdik. Bu gün onun 10 qatını bacardıq. Nələrisə dəyişməyə çalışırıq. Sonradan oyuna girənlər keyfiyyət göstərmədilər. Ümumiyyətlə, bəzi futbolçularımızın keyfiyyəti aşağıdır. Bunu demək istəmirdim. Amma məcburam. Bugünkü qırmızı vərəqə texniki səhvin nəticəsində oldu. Dəyişmək istədiyimiz çox şey var. Bu gün cinah müdafiəçilərini dəyişdik. Onların hansı vəziyyətdə olduğunu gördüz. Asif Məmmədovun yaşı çox olduğu üçün ona istirahət verdik. Ehtiyat oyunçular skamyasında olanların performansından məmnun deyiləm”.
Kaxaber Tsaxadadze komandanın qırmızı vərəqə almasına aydınlıq gətirib: “Bu, futbolçunun fərdi keyfiyyətindən asılıdr. Nəsə öyrədə bilərik. Ustalıq səviyyəsi aşağı olduğu üçün futbolçular qırmızı vərəqə alır. Hər dəfə yada salmalıyıq ki, qırmızıdan uzaq olun. Mən sona kimi mübarizə aparan insanam. Heç vaxt vaz keçməmişəm. Bu, "Standart"da da, "İnter"də də belə olub”.
Qeyd edək ki, “Qəbələ” öz meydanında 2:3 hesabı ilə uduzub.
İdman.biz