Vüsal oynamayıb, “Boluspor” uduzub

Xəbərlər
3 Mart 2024 19:26
352
Vüsal oynamayıb, “Boluspor” uduzub

Vüsal İsgəndərlinin çıxış etdiyi “Boluspor” səfərdə uduzub.

İdman.biz xəbər verir ki, azərbaycanlı futbolçunun komandası “Göztəpə”yə 0:3 hesabı ilə məğlub olub.

İsgəndərli Türkiyə 1-ci Liqasının 25-ci turunda meydana çıxmaq şansı qazanmayıb. O, ehtiyatda qalıb. Son 6 oyunda 5 qələbə qazanan “Boluspor”un uğurlu oyunlar seriyası başa çatıb.

Qeyd edək ki, Vüsalın komandası 39 xalla 7-ci pillədə qərarlaşıb.

İdman.biz