“Neftçi”nin futbolçusu Emin Mahmudovun durumu bəlli olub.
Klubun mətbuat xidmətindən İdman.bizə verilən məlumata görə, Azərbaycan Premyer Liqasının XXVI turunun “Kəpəz”lə qarşılaşmasında zədələnən yarımmüdafiəçinin daban oynağında ödəm müşahidə olunur.
“Neftçi”nin kapitanının ayağındakı bağlarda ciddi zədələr yoxdur. Hazırda müalicə prosesinə başlanılıb. Eminin 2-3 günə məşqlərə qoşulması planlaşdırılır.
Qeyd edək ki, XXVI turun “Kəpəz” – “Neftçi” matçı 3:3 hesabı ilə nəticələnib.
İdman.biz