Azərbaycan yığmasının futbolçusu Renat Dadaşovun komandası Türkiyə Superliqasında növbəti oyununu keçirib.
İdman.biz xəbər verir ki, “Hatayspor” 30-cu turu qələbə ilə başa vurub.
Dadaşovun komandası öz meydanında “Samsunspor”dan güclü olub. Hatay klubu rəqib qapısından 3 cavabsız top keçirib. Renat bu qarşılaşmanı ehtiyatda keçirib.
Qeyd edək ki, bu qələbədən sonra “Hatayspor” turnir cədvəlində 15-ci pilləyə yüksəlib. Onun hesabında 33 xal var.
İdman.biz