CAS “Sabah” klubunun xeyrinə qəbul edilmiş qərarı qüvvədə saxlayıb

Xəbərlər
8 Sentyabr 2023 15:54
124
CAS “Sabah” klubunun xeyrinə qəbul edilmiş qərarı qüvvədə saxlayıb

İdman Arbitraj Məhkəməsi (CAS) futbolçu Bəhlul Mustafazadənin transferi ilə bağlı “Sabah” və Birləşmiş Ərəb Əmirliklərinin “Əl-Əyn” klubu arasında olan mübahisəli məsələ ilə bağlı qərar verib.

Bakı klubunun mətbuat xidmətindən İdman.biz-a verilən məlumata görə, CAS “Əl-Əyn”in şikayətini təmin etməyərək, FIFA-nın daha öncə “Sabah”ın xeyrinə qəbul etdiyi qərarı qüvvədə saxlayıb.

Qərarda “Əl-Əyn” klubunun 2021-ci ildə bağlanmış müqaviləyə əsasən, Bəhlul Mustafazadənin transferi üçün nəzərdə tutulmuş məbləği “Sabah” komandasına ödəməli olması qeyd edilib.

İdman.biz