Rəşad Sadıqov: “Sevinməyə çox vaxtımız yoxdur”

Xəbərlər
30 Mart 2024 21:34
338
Rəşad Sadıqov: “Sevinməyə çox vaxtımız yoxdur”

“Hər iki komanda qələbəyə layiq idi. Biz son vuruşlarda bir az uğurlu olduq”.

İdman.biz xəbər verir ki, bunu “Zirə”nın baş məşqçisi Rəşad Sadıqov deyib.

Gənc mütəxəssis Azərbaycan Premyer Liqasının XXVIII turunda “Səbail” üzərində qazanılan qələbəni şərh edib: "Əvvəlki dövrlərdə də "Sabah"la aramızda baxımlı oyunlar olmuşdu. Bu gün də yaxşı, gərgin mübarizə şəraitində keçən matç oldu. Vacib 3 xal qazandıq. Turnir cədvəli o qədər sıxdır ki, qazanılan hər 3 xal qızıla bərabərdir. Sevinməyə çox vaxtımız yoxdur. Üç gün sonra bizi vacib kubok matçı gözləyir".

Rəşad Sadıqov fasilədən sonra ikinci qolu vura bilmədiklərini deyib: “Eyni tapşırıqlar idi. İkinci hissədə də "Sabah"ın təhlükəli hücumları oldu. Böyük qüvvə ilə irəli atılanda onların müdafiəsində boşluqlar yaranırdı. Bizim istəyimiz həmin boşluqlardan istifadə edib ikinci qolu vurmaq idi. Son dəqiqələr bizim üçün gərgin keçdi”.

“Zirə”nin baş məşqçi yeni transfer Araz Abdullayevin hazırlığına münasibət bildirib: “Gözlədiyimdən daha yaxşı Arazdır. Uzun müddətdir futboldan kənarda qalıb. Çalışacağıq ki, formasını bərpa etsin. Araz istedadlı futbolçularımızdandır. Onu klubsuz görmək hamımız üçün məyusedicidir”.

Qeyd edək ki, 1:0 hesabı ilə qələbə qazanan “Zirə” turnir cədvəlində 3-cü pilləyə yüksəlib.

İdman.biz