Cəlalı üzən son dəqiqə qolu

Xəbərlər
2 Aprel 2024 21:12
262
Cəlalı üzən son dəqiqə qolu

Azərbaycanlı futbolçu Cəlal Hüseynov Bolqarıstan çempionatında növbəti oyununu keçirib.

İdman.biz xəbər verir ki, onun çıxış etdiyi “Arda” 27-ci turda “Etar”ın qonağı olub.

Cəlalın komandası 1:2 hesabı ilə uduzub. Meydan sahibləri qələbə topunu 90+4-cü dəqiqədə vurublar. Start heyətində yer alan Hüseynov görüşü əvəzolunmadan keçirib.

Qeyd edək ki, “Arda” 36 xalla 7-ci pillədə qərarlaşıb.

İdman.biz

Məqalədə: