Azərbaycanlı futbolçu Sertan Taşkın Türkiyə 1-ci Liqasının 28-ci turunda növbəti oyununu keçirib.
İdman.biz xəbər verir ki, onun çıxış etdiyi “Manisa” öz meydanında “Bodrumspor”la qarşılaşıb.
Qarşılaşma qonaq komandanın 1:0 hesablı qələbəsi ilə başa çatıb. Sertan 90 dəqiqə meydanda olub. Son 4 oyunda 3 dəfə uduzan “Manisa” 31 xalla 13-cü pillədə yer alıb.
Qeyd edək ki, Taşkın növbəti turda “Bandırmaspor”un qonağı olacaq.
İdman.biz