Azərbaycanlı futbolçu Ramil Şeydayev “Kocaelispor”un heyətində növbəti oyununu keçirib.
İdman.biz xəbər verir ki, o, Türkiyə 1-ci Liqasının 28-ci turunda meydana sonradan daxil olub.
Ramil “Göztəpə” ilə qarşılaşmanın 69-cu dəqiqəsində oynamaq şansı əldə edib. Şeydayevin komandası 83-cü dəqiqədən sonra 3 qol vuraraq, əzmkar qələbə qazanıb – 3:2. “Kocaelispor”un hər 3 qolunu penalti zərbəsindən Kandeyaş vurub.
Qeyd edək ki, Ramilin komandası 6 oyundan sonra qələbə sevinci yaşayıb. Hesabında 48 xal olan “Kocaelispor” 4-cü pillədə yer alıb.
İdman.biz