Rahilin komandasından əzmkar heç-heçə

Xəbərlər
5 Aprel 2024 23:38
497
Rahilin komandasından əzmkar heç-heçə

Azərbaycanlı futbolçu Rahil Məmmədov Polşa çempionatında növbəti oyununu keçirib.

İdman.biz xəbər verir ki, onun çıxış etdiyi LKS “Krakoviya”nın qonağı olub.

27-c turda keçirilən qarşılaşma 2:2 hesabı ilə yekunlaşıb. Rahil komandası hesabda 2 dəfə geri düşsə də, 1 xal qazanmağı bacarıb. Lodz təmsilçisi 86-cı dəqiqədə məğlubiyyətdən qaça bilib. Məmmədov 90 dəqiqə meydanda olub.

Qeyd edək ki, LKS 18 xalla turnir cədvəlinin sonuncu pilləsini tutur.

İdman.biz

Məqalədə: