Ayxan Abbasov: "Avrokuboklar uğrunda oynamaq istəyirik"

Xəbərlər
6 Aprel 2024 19:23
229
Ayxan Abbasov: "Avrokuboklar uğrunda oynamaq istəyirik"

"Sabah"a heç vaxt evdə qalib gəlməmişdik. Futbolçularıma inanırdım”.

İdman.biz xəbər verir ki, bunu Azərbaycan Premyer Liqasının XXIX turunda qələbə qazanan “Turan Tovuz”un baş məşqçisi Ayxan Abbasov deyib.

Gənc mütəxəssis “Sabah”la (2:0) oyunu şərh edib. Abbasov ev oyunlarda komandanın çıxışını dəyərləndirib: “Bu mövsüm evdə yaxşı oynayırıq. Fürsətlərdən yaxşı istifadə etdik. Qoldan sonra da şanslarımız oldu. İtkilərimiz çoxdur. Bu gün də Aleks Serrano cazalı duruma düşdü. Nəsə fikirləşəcəyik. Bu il orta xətdə oyunçularımız zədələnir. Xəyal Nəcəfovu məcburiyyətdən dayaq yarımüdafiəçisi oynadırıq. Mövqe dəyişiklikləri edə bilərik. Bu gün Miller də zədələndi. Çempionatın sonuna yaxın belə hallar olur. Buna hazır olmaq lazımdır”.

“Turan Tovuz”un baş məşqçisi Avropakuboklarına vəsiqə verən yerlərdən birini tutmaq arzusunu gizlətməyib: “Təzyiq altında deyilik. Gələcəkdə iddialı olmaq, avrokuboklar uğrunda oynamaq istəyirik. Klub olaraq inkişaf edirik. Əgər şansımız varsa, bundan istifadə etmək istəyərik. Bu il bəzi komandalar çempionata zəif başladılar. Turnir cədvəlində bunun da rolu var. Gələcəyi fikirləşirik”.

Qeyd edək ki, mövsümdə 10-cu qələbəsini qazanan “Turan Tovuz” 39 xalla 6-cı pilləyə yüksəlib.

İdman.biz