Azərbaycanlı futbolçu Ramil Şeydayev Türkiyə Superliqasında növbəti oyununu keçirib.
İdman.biz xəbər verir ki, o, uzun müddətdən sonra “Kocaelispor”un əsas heyətində yer alıb.
29-cu turda “Çorum”un qonağı olan İzmit klubu 1 xal qazanıb. 90 dəqiqə ərzində tərəflər bir dəfə fərqləniblər. Ramil 85-ci dəqiqədə əvəzlənib.
Qeyd edək ki, “Kocaelispor” 49 xalla 5-ci pillədə qərarlaşıb.
İdman.biz