Tükiyə 1-ci Liqasının 30-cu azərbaycanlı futbolçuların dueli kimi yadda qalıb.
İdman.biz xəbər verir ki, Vüsal İsgəndərli Coşqun Diniyevə qarşı oynayıb.
İsgəndərlinin çıxış etdiyi “Boluspor” öz meydanında Diniyevin formasını geyindiyi “Ümraniyəspor”a 1:0 hesabı ilə qalib gəlib. Hər iki futbolçumuz qarşılaşmaya start heyətində başlayıb. Sarı vərəqə ilə yadda qalan Vüsal 59-cu, Coşqun isə 90+1-ci dəqiqədə əvəzlənib.
Qeyd edək ki, hesabında 46 xal olan “Boluspor” 7-ci, 34 xalı olan “Ümraniyəspor” isə 12-ci pillədə qərarlaşıb.
İdman.biz