AFFA və AMF-in təşkilatçılığı ilə keçirilən “Vur Cup” U-19 liqasında ikinci tur keçirilib.
İdman.biz xəbər verir ki, 4 qrupda 16 komandanın iştirakı ilə təşkil olunan yarışın ikinci turu çərçivəsində 8 oyun keçirilib.
“Vur Cup”
II tur
A qrupu
“Ada Black Rose” - “Glodemia” – 2:6
UNEC - “BMS Goats” – 5:7
Turnir cədvəli: “Glodemia” - 6 xal (top fərqi +9), “Ada Black Rose” – 3 (-1), “BMS Goats” – 3 (-3), UNEC – 0 (-5).
B qrupu
“Vikings” - “Xarı bülbül” – 4:2
“ABC Lions” - “Roof Academy FC” – 5:1
Turnir cədvəli: “Roof Academy FC” – 3 (+3), “Vikings” – 3 (-4), “Xarı bülbül” – 3 (+1), “ABC Lions” – 3 (+1)
C qrupu
“Kuley City” - “Landau Lions” – 1:5
“MYC Tigers” - “Land of Fire” – 14:0
Turnir cədvəli: “MYC Tigers” – 4 (+14), “Landau Lions” – 4 (+4), “Kuley City” – 3 (0), “Land of Fire” – 0 (-18).
D qrupu
“Chudori” - “Elitar” – 1:5
“134 Warmers” - “Rage FC” – 2:1
Turnir cədvəli: “Elitar” – 4 (+4), “134 Warmers” – 4 (+1), “Rage FC” – 3 (0), “Chudori” – 0 (-5).
Reqlamentə əsəsən, hər qrupda ilk 2 yeri tutan komandalar 1/4 finala adlayacaq. Pley-off görüşləri 2 qarşılaşmadan ibarət olacaq. Turnirin finalı isə iyunun 9-da keçiriləcək.
Qeyd edək ki, yarışın keçirilməsində əsas məqsəd gəncləri sağlam həyat tərzinə cəlb etmək, zərərli vərdişlərdən uzaqlaşdırmaq, sağlam mühit və sağlam gələcək adına onlar arasında idmanın təbliğini artırmaqdır.
İdman.biz