Bolqarıstanda mini futbol üzrə Avropa kubokuna start verilib.
İdman.biz saytı xəbər verir ki, “Zəngəzur” ilk görüşdə qələbə qazanıb.
Azərbaycan təmsilşisi “Qalaktiko Vratsa” (Bolqarıstan) klubu ilə qarşılaşıb. Oyun futbolçularımızn 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Komandamızın qollarının müəllifləri Elməddin Hüseynzadə və Haqverdi Həsənov olublar.
Qeyd edək ki, “Zəngəzur” növbəti oyunlarını sabah TMT (Yunanıstan) və “Veçka Olomuts” (Çexiya) qarşı keçirəcək.
İdman.biz