Azərbaycan millisinin sabiq baş məşqçisi İqor Ponomaryovun idman.biz saytına müsahibəsi
- AVRO-2024-ün seçmə mərhələsində baş tutan Azərbaycan - Belçika görüşü haqda təəssüratlarınız necə oldu?
- Hər dəfə milli komandamız oyun keçirəndə stadiona müsbət nəticə ümidi ilə gedirəm. Bu dəfə də belə oldu. Komandanın start heyətini öyrənəndə, məndə bu oyunda necə hücum edəcəyimiz və necə qalib gəlmək istəməyimizlə bağlı suallar yarandı. Düşünürəm ki, daha yaxşı oyun sərgiləmək mümkün idi.
- Belçikaya 0:1 hesabı ilə məğlub olsaq da, ardınca yoldaşlıq görüşündə İordaniya 2:1 hesabı ilə qalib gəldik. Bu matçla bağlı düşüncələriniz necədir?
- Qələbə qazandıq, çox xoş oldu. Lakin İordaniya ilə matçda isə fikrimcə, ilk qarşılaşmada şans qazanmamış futbolçuları sınamaq daha yaxşı olardı. Xüsusilə, problemli mövqelərdə yeni oyunçulara şans verilməli idi.
- Canni De Byazininin oyun planında nə çatışmır?
- Hücum planında, sürətli hücumların təşkil edilməsində müəyyən çatışmazlıqlarının olduğunu qeyd edə bilərəm.
- Bu oyunlarda hansı futbolçuları bəyəndiyiniz?
- Bəzi oyunçular özlərini yaxşı mənada göstərə bildilər. Məsələn, Emin Mahmudov, Aleksey İsayev, Bəhlul Mustafazadə və başqa bir neçə oyunçunu fərqləndirmək mümkündür
- Millimiz bu cür oyunla gələcəyə nə vəd verir?
- Açıq deyəcəm, indi öz üzərimizdə çox çalışmalı, səhvləri düzə dəyişməliyik ki, müsbət istiqamətdə irəliləyiş olsun.
- Bu ilin sonu De Byazininin müqaviləsi bitir. Milliyə hansı tip məşqçi xeyir verə bilər?
- Bir şeyi nəzərə almalıyıq ki, hər bir məşqçi uğur qazanmaq istəyər. Əlbəttə, De Byazi də yaxşı nəticələr qazanmaq istəyərdi. Lakin azarkeşlər, futbol ictimaiyyəti də hər yeni məşqçidən, millidən daim yaxşı nəticələr, irəliləyiş gözləyir. Milliyə hansı məşqçi xeyir verə bilər? Fikrimcə, milli komandada futbolçularla ünsiyyət qurmağı bacaran, onlara inanan və hücum futbolu sərgiləyən mütəxəssis çalışmalıdır. Əlbəttə ki, ən əsası, futbolçular da ona hörmət etməli və inanmalıdırlar.
- Məşqçi yerli olsa yaxşı olar, yoxsa əcnəbi?
- Çox çətin sualdır. Şəxsən mən milli komandada müəyyən uğurlara, təcrübəyə malik yerli mütəxəssisin çalışmasını istərdim.
Ağa Dadaşzadə