Minifutbol üzrə Avropa kubokunda yarımfinalçılar müəyyənləşib.
İdman.biz saytı xəbər verir ki, “Zəngəzur” ¼ finalda uğurlu çıxış edib.
Azərbaycan təmsilçisi İsrailin “Red Mead Tad” klubuna qalib gəlib. Cütün qalibi penalti seriyasında bəlli olub. Qarşılaşmanın əsas vaxtı 0:0 hesabı ilə itib. Penalti zərbələri zamanı dəqiq oynayan “Zəngəzur” 5:4 hesabı ilə üstün olub.
Təmsilçimizin yarımfinaldakı rəqibi də məlumdur. Komandamız “Borussiya Sibiu” klubu ilə münasibətlərə aydınlıq gətirəcək.
İdman.biz