Elmar Baxşıyev: "Hamı tək mənim köməkçilərimi görür, bu gün Qurban Qurbanov da qırmızı vərəqə aldı"

Müsahibə
25 Sentyabr 2023 22:56
130
Elmar Baxşıyev: "Hamı tək mənim köməkçilərimi görür, bu gün Qurban Qurbanov da qırmızı vərəqə aldı"

"Bilirdik ki, ağır oyun olacaq. "Qarabağ" çempionatımızın liderlərindəndir. Planımız irəlidə oyunamaq idi. Təəssüf ki, ilk dəqiqəqlərdə fərdi səhvlərdən qapımızda qollar gördük. Bu gün məğlub olmaya bilərdik. Məzmunlu oyun göstərdik. Mənimm istədiyim komanda budur. Bu tempi saxlaya bilsək, daha samballı "Qəbələ" görə biləcəyik".

İdman.biz xəbər verir ki, bu sözləri "Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev Premyer Liqanın 7-ci turunun "Qarabağ"la(1:2) matçından sonra mətbuat konfansında danışıb.

- Gilad Abramovun sol cinahda oynaması səhv seçim deyildi?

- Yox. Bizim qollar Abramovun orada olmağına görə deyildi. İlk qolda Lukas Afriko topu itirdi. Məşqlərdə daha yaxşı olduğu üçün ona şans verdik. Zurab Oçiqava uzun müddətdir ki, oynamır. Onu da optimal formaya gətirmək lazımdır. Qarşıdakı oyunlarda daha çox şans verəcəyik.

- Kevin Medinanın qırmızı aldığı epizodu necə şərh edərdiniz?

- Meydanda bir-birinə layiq iki komanda var idi. Bu gün rəqibdən səviyyəcə aşağı oynamadıq. İnsidentdir. Oyunda olan elementdir. Çox şişirtmək lazım deyil. Futbola rəng qatan epizoddur.

- İki oyundur ki, köməkçiləriniz qırmızı vərəqə görür. Bunun səbəbi nədir?

- Hamı tək mənim köməkçilərimi görür. Onlar da oyunun içindədir. Biu gün Qurban Qurbanov da qırmızı vərəqə aldı. O da emosiyalarını cilovlaya bilmədi. Belə şeylər futbolda olur.

- Köməkçilərinizlə intizamla bağlı söhbət edirsiz? Hakimlərin "Qəbələ"yə qərəzi var?

- Heç kimin qərəzini hiss etmirik. Məşqçilərlə həmişə əlaqədə oluruq. Biz o məşqçilərdən deyilik ki, oturub oyuna sakit baxaq.

- Zurab Oçiqavanın oyunundan razı qaldız?

- Hələ əsl Oçiqava deyil. Getdikcə daha yaxşı səviyyəyə gələcək. Mən onun hazır olmağını istəyirəm. Universal oyunçudur. Müdafiənin mərkəzində və solunda oynaya bilir.

İdman.biz