Təmkin Xəlilzadə: "Çempionlar Liqasında məşqçimizin dediyi hər bir şeyi yerinə yetirməyi bacardıq" - VİDEO

Xəbərlər
10 Sentyabr 2024 07:33
314
Təmkin Xəlilzadə: "Çempionlar Liqasında məşqçimizin dediyi hər bir şeyi yerinə yetirməyi bacardıq" - VİDEO

“Çox maraqlı və ağır turnir oldu”.

İdman.biz xəbər verir ki, bunu "Birbaşa Bakı” minifutbol komandasının oyunçusu Təmkin Xəlilzadə Heydər Əliyev Beynəlxalq Aeroportunda qarşılanma mərasimində deyib.

O, minifutbol üzrə Çempionlar Liqasında Azərbaycanı təmsil edən “Birbaşa Bakı” klubunun çempionluğunu şərh edib. Xəlilzadə bildirib ki, futbolçular 4 günə 7 oyun keçiriblər: “Bakıda ay yarım idi ki, mübarizə aparırdıq. Yaxşı yoldaşlıq görüşləri keçirdik. Sevindirici haldır ki, bütün bu əziyyətlərimiz öz bəhrəsini verdi. Çempionlar Liqasında məşqçimizin dediyi hər bir şeyi yerinə yetirməyi bacardıq. Zədəli olan futbolçularımız var idi. Bir çoxumuz artıq yorulmuşduq. Amma buna baxmayaraq, sonadək mübarizə aparmağı bacardıq. Bu gün Vətənimizə kubokla qayıtdığımız üçün xoşbəxtəm”.

Çempionatın ən yaxşı oyunçusu seçilən Xəlilzadə bildirib ki, bu nəticə onun üçün böyük əhəmiyyət daşımır: “Mənim üçün bu nəticənin heç bir fərqi yox idi. Əsas məsələ komanda olaraq, bu nəticəni əldə etmək idi”.

Qeyd edək ki, turnirin həlledici matçında "BKMK Brno" (Çexiya) ilə qarşılaşan təmsilçimiz rəqib üzərində 2:1 hesabla qələbə qazanaraq Çempionlar Liqasının qalibi olub.

Banuçiçək Hüseynli
İdman.biz