Dan Marius Mitu: "Məqsədimiz Avropanın minifutbol xəritəsinə “Birbaşa Bakı”nı salmaqdır"

Xəbərlər
10 Sentyabr 2024 07:41
99
Dan Marius Mitu: "Məqsədimiz Avropanın minifutbol xəritəsinə “Birbaşa Bakı”nı salmaqdır"

"Turnir çox çətin keçdi”.

İdman.biz xəbər verir ki, bunu minifutbol üzrə Çempionlar Liqasının qalibi olan "Birbaşa Bakı"nın baş məşqçisi Dan Marius Mitu Heydər Əliyev Beynəlxalq Aeroportunda qarşılanma mərasimində deyib.

Təcrübəli mütəxəssis bildirib ki, onlar çempionatda ən güclü komandaların mübarizə apardığı qrupa düşüblər:

“Həqiqətən hər şey çətin oldu. Bir az da bəxtimiz gətirdi. Komandamız yaxşı oyun göstərdi. Bu qalibiyyətə layiqli komanda biz idik. Ötən ildən hegemonluğumuzu göstəririk. Ruminya və digər ölkələrin komandaları bizdən qorxmalıdırlar. Bizim məqsədimiz Avropanın minifutbol xəritəsinə “Birbaşa Bakı”nı salmaqdır. Təbii ki, biz gələn il də bu qalibiyyəti əldə etmək üçün çalışacağıq”.

O, gələcək planlar barədə də danışıb: “İki gün istirahət edib, məşqlərimizə başlayacağıq. Bundan sonra var gücümüzlə Azərbaycan çempionatına hazırlaşacağıq”.

Qeyd edək ki, turnirin həlledici matçında "BKMK Brno" (Çexiya) ilə qarşılaşan təmsilçimiz rəqib üzərində 2:1 hesablı qələbə qazanaraq Çempionlar Liqasının qalibi olub.

Banuçiçək Hüseynli
İdman.biz