Rizvan Fərzəliyev: "Bizə olan güvəni doğrultduq" - VİDEO

Xəbərlər
10 Sentyabr 2024 07:57
105
Rizvan Fərzəliyev: "Bizə olan güvəni doğrultduq" - VİDEO

“Biz “Birbaşa Bakı” komandası olaraq, 3-cü dəfədir ki, Çempionlar Liqasında çıxış edirdik”.

İdman.biz xəbər verir ki, bunu “Birbaşa Bakı”nın futbolçusu Rizvan Fərzəliyev Heydər Əliyev Beynəlxalq Aeroportunda qarşılanma mərasimində deyib.

O, minifutbol üzrə Çempionlar Liqasında Azərbaycanı təmsil edən “Birbaşa Bakı” klubunun çempionluğunu şərh edib.

Fərzəliyev bildirib ki, turnir zamanı bir sıra talesiz anlar yaşayıblar: “Əziyyətimiz yerdə qalmadı. Bunun üçün çox sevinirik. Dəstək olan hər kəsə minnətdarlığımızı bildiririk. Matçlar zamanı həmyerlilərimizin dəstək olması bizə çox böyük motivasiya verirdi. Bizə olan güvəni doğrultduq. İnanıram ki, bu uğurun davamını gətirəcəyik”.

Banuçiçək Hüseynli
İdman.biz