Millimiz Türkmənistanla qarşılaşıb

Xəbərlər
2 Oktyabr 2024 19:31
236
Millimiz Türkmənistanla qarşılaşıb

16 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Türkiyənin Ərzurum şəhərində təşkil olunan “U-16 Türkdilli Ölkələr Turniri”ndə ilk oyununu keçirib.

İdman.biz xəbər verir ki, komandamız Ərzurum Yüksək İrtifa Təlim-Məşq Mərkəzində Türkmənistanın U-17 komandası ilə qarşılaşıb.

Görüş Türkmənistan komandasının 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. U-16 turnir çərçivəsində oktyabrın 4-də, Bakı vaxtı ilə saat 16:00-da Türkiyə yığması ilə üz-üzə gələcək.

Qeyd edək ki, Türkmənistan və Gürcüstan yarışa U-17 komandaları ilə qatılıb.

İdman.biz