Kaxaber Tsxadadze: "Bu cür meydanda oynamaq olduqca çətindir"

Xəbərlər
4 Oktyabr 2024 19:11
672
Kaxaber Tsxadadze: "Bu cür meydanda oynamaq olduqca çətindir"

"Əlbəttə, bu cür meydanda oynamaq olduqca çətindir. Komanda öz oyununu göstərə bilmir".

İdman.biz xəbər verir ki, bunu "Qəbələ"nin baş məşqçisi Kaxaber Tsxadadze deyib.

Gürcüstanlı mütəxəssis Azərbaycan 1-ci Liqasının 4-cü turunda səfərdə "Baku Sportinq"lə qarşılaşmada qeydə alınan 2:0 hesablı qələbəni şərh edib: "Futbolçuların zədələnmə ehtimalı çox olur. Rəqib komanda evdə oynayırdı. Müəyyən mənada bu onlar üçün üstünlük idi. Ümumiyyətlə, "Qəbələ"yə qarşı bütün klublar xüsusi motivasiya ilə oynayırlar. Hər oyun maksimum gücümüzlə hazırlaşmağa çalışırıq. Çıxdığımız bütün matçlarda əlimizdən gələni edib əsas məqsədimiz olan qələbəni əldə etməyə can atır, bunun üçün mübarizə aparırıq. Bu dəfə də istəyimizə çatdıq. Komandam yaxşı oyun göstərdi, futbolçularımdan razıyam".

Qeyd edək ki, "Qəbələ" 4 oyunda sonra 10 xalla 2-ci pillədə qərarlaşıb. Turnir cədvəlinə 12 xalla "Karvan" başçılıq edir.

İdman.biz