15 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Belarusun paytaxtı Minskdə təşkil olunan UEFA İnkişaf Turnirində üçüncü – sonuncu oyununu keçirib.
İdman.biz xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.
U-15 ABFF Təlim-Məşq Mərkəzində Qazaxıstanın müvafiq yaş qrupundan ibarət komandası ilə üz-üzə gəlib. Görüş rəqibin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, millimiz turnir çərçivəsində daha əvvəl Belarus (1:2) və Rusiya (1:3) yığmaları ilə qarşılaşıb.
İdman.biz