Rodrini həmyerlisi əvəz edə bilər

Xəbərlər
8 Oktyabr 2024 00:19
42
Rodrini həmyerlisi əvəz edə bilər

"Mançester Siti" yanvarda Martin Subimendini transfer etmək istəyir.

İdman.biz xəbər verir ki, "şəhərlilər" zədəli Rodriyə əvəzləyici axtarır.

"Real Sosyedad"da çıxış edən yarımmüdafiəçinin müqaviləsində 60 milyon avro sərbəst qalma maddəsi var. Subimendinin komandası ilə yeni müqavilə imzalamaması "Mançester Siti"nin şansını artırıb.

Qeyd edək ki, 25 yaşlı futbolçu yayda "Liverpul"un maraq dairəsinə düşsə də, tərəflər ortaq məxrəcə gələ bilməmişdilər. Subimendi 2024/2025 mövsümündə 10 oyunda 1 qol vurub.

İdman.biz