Ramil Şeydayevin komandası öz meydanında xal itkisi ilə üzləşib.
İdman.biz saytı xəbər verir ki, “Buriram” “Çonburi” 2:2 hesabı ilə heç-heçə oynayıb.
Meydan sahibləri hesabda iki dəfə önə keçsələr də, qonaqlar bir xal qazanmağı bacarıblar.
“Çonburi” 10 nəfərlə buna nail olub. Start heyətində meydana çıxan Ramil 90-cı dqiqədə əvəzlənib.
Qeyd edək ki, “Buriram” 6 oyundan sonra 14 xalla üçüncü pillədə yer alıb.
İdman.biz