Millimiz bu dəfə heç-heçə oynayıb

Xəbərlər
13 Oktyabr 2024 19:41
800
Millimiz bu dəfə heç-heçə oynayıb

Belarusda təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası ikinci yoldaşlıq görüşü keçirib.

İdman.biz xəbər verir ki, U-19 Minskdə meydan sahiblərinin müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.

Görüş 1:1 hesabı ilə yekunlaşıb. Millimizin heyətində qolu 48-c dəqiqədə Nihad Orucəli vurub.

Qeyd edək ki, bu komandalar arasında oktyabrın 10-da keçirilən ilk oyunda meydan sahibləri 6:1 hesabı ilə qalib gəliblər.

İdman.biz