Vaqif Cavadovun təqdimatı - FOTO

Xəbərlər
15 Oktyabr 2024 19:52
373
Vaqif Cavadovun təqdimatı - FOTO

"Sumqayıt"a baş məşqçi vəzifəsini icra edən Vaqif Cavadov kollektivə təqdim olunub.

İdman.biz xəbər verir ki, təqdimat klub prezidenti Riad Rəfiyev keçirilib.

35 yaşlı mütəxəssis komandanı ilk məşqinə çıxarıb. Məşqi izləyənlər arasında klubun Müşahidə Şurasının sədri, "Azərikimya" İB-nin baş direktoru Elnur Məmmədli də olub. Vaqif Cavadov və futbolçularla məşqdən öncə söhbət edən Elnur Məmmədli onlara güvəndiyini bildirib və komandaya qarşıdakı oyunlarda uğurlar arzulayıb.

Qeyd edək ki, "Sumqayıt" mövsümə Samir Abasovla başlasa da, təcrübəli mütəxəxssis komanda ilə yollarını ayırıb. O, "Neftçi"nin baş məşqçisi təyin olunub.

İdman.biz