Millimiz penalti seriyasında qələbə qazanıb

Xəbərlər
16 Oktyabr 2024 22:46
120
Millimiz penalti seriyasında qələbə qazanıb

Birləşmiş Ərəb Əmirliklərində təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması ikinci yoldaşlıq görüşünü keçirib.

İdman.biz xəbər verir ki, U-17 Ajman şəhərində Avstraliyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.

Oyunun əsas vaxtı 2:2 hesabı ilə yekunlaşıb. Komandamızın heyətində qolları 44-cü dəqiqədə Əli Qazibəyov və 86-cı dəqiqədə Əli İbrahim vurublar. Penaltilər seriyasında daha dəqiq oynayan millimiz (4:2) matçda qələbə qazanıb.

Qeyd edək ki, bu komandalar arasında oktyabrın 14-də keçirilən ilk yoldaşlıq oyunu 0:0 hesablı heç-heçə ilə başa çatıb.

İdman.biz