Rəşad Sadiqov: "Meydanda məşqçi işi görmürəm"

Xəbərlər
20 Noyabr 2024 20:57
47
Rəşad Sadiqov: "Meydanda məşqçi işi görmürəm"

“Millinin nəticələri həddindən artıq pis oldu. Komanda qrupda sonuncu yeri tutub, ən aşağı - D Liqasına düşdü. Fernandu Santuşun işi? Sonuncu yeri tutan komandanın baş məşqçsinin işinə heç kim “normaldır” deyə bilməz. Bunun günahının nə qədər hissəsinin baş məşqçidə və ya futbolçularda olmasını özləri daha yaxşı bilir”.

İdman.biz "Report.az"a istinadən xəbər verir ki, bunu Azərbaycan millisinin sabiq futbolçusu Rəşad Sadiqov deyib.

Veteran futbolçu UEFA Millətlər Liqasında komandamızın İsveç (0:6) və Estoniyaya (0:0) qarşı bərbad oynadığını bildirib: "Nəticə ilə yanaşı, oyun baxımından da vəziyyət çox bərbaddır. Təkcə İsveçə deyil, Estoniya və digər rəqiblərə qarşı da bərbad oyunlar keçirdik. Danışılası nəsə yoxdur. Görünən kəndə bələdçi lazım deyil. Nəticələr, oynanılan futbol göz qabağındadır. Yəqin ki, futbol ictimaiyyətinin böyük əksəriyyəti də mənim kimi düşünür. Meydanda məşqçi işi görmürəm”.

Qeyd edək ki, Azərbaycan yığması C Liqasında ın I qrupunda cəmi 1 xal toplayaraq D Liqasına yuvarlanıb

İdman.biz