Vəli Qasımov: "Uşaq futbolunda böyük problemlər var"

Xəbərlər
20 Noyabr 2024 22:23
59
Vəli Qasımov: "Uşaq futbolunda böyük problemlər var"

“Bəzi futbolçular Azərbaycanda normal səviyyədə oynasa da, Avropaya gedəndə özlərini itirir. Ona görə də uşaqları yetişdirmək, Avropa səviyyəsinə çatdırmaq lazımdır ki, bu səviyyəli oyunlara hazır olsunlar”.

İdman.biz "Futbolinfo.az"a istinadən xəbər verir ki, bunu Azərbaycan millisinin sabiq futbolçusu Vəli Qasımov deyib.

Veteran futbolçu yığmamızın Millətlər Liqasında D Liqasına düşməsinin səbəbinin uşaq futbolunda olduğunu bildirib: “Belə oyunlardan sonra danışmaq hər zaman çətindir. Hardasa bəxtimiz gətirmədi. Vacib futbolçuların oynamaması, lazım olanda “yoxa çıxmaları” ilə yerləri görsəndi. Amma buna baxmayaraq, milli komandamız pis vəziyyətdə də olsa, hər zaman dəstəkləyəcəm. Düzdür, bu oyunlar hamıya ağır gəldi, amma futbolçuları da yalnız buraxmaq lazım deyil. Bu gün bu yerdə olmağımızın səbəbi uşaq futboludur. İllərdi bu sözü deyirik. Hazırda uşaq futbolunda böyük problemlər var”.

Qeyd edək ki, Qasımov "Şamaxı" Futbol Məktəbinin koordinatoru vəzifəsində çalışır.

İdman.biz